Xəbər lenti

Bill Qeyts yeni qlobal sağlamlıq böhranı ilə bağlı xəbərdarlıq etdi
Dünya 15:38 16.07.2025

Bill Qeyts yeni qlobal sağlamlıq böhranı ilə bağlı xəbərdarlıq etdi

Pandemiya dövründə həkimlərdən belə çox açıqlama verərək qlobal sağlamlıqla bağlı fəal mövqe sərgiləyən "Microsoft”un qurucusu və xeyriyyəçi Bill Qeyts yeni bir qlobal sağlamlıq böhranı barədə xəbərdarlıq edib. 

Qaynarinfo xəbər verir ki, Qeyts xüsusilə ABŞ-ın xarici yardım proqramlarında edilən kəsintilərin fəlakətə yol aça biləcəyinə diqqət çəkir.

O, ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövründə xarici yardımlarda edilən ciddi azalmaları tənqid edərək, bunun qarşısını almaq üçün ictimaiyyət kampaniyasını davam etdirir. O, bu azalmaların qarşısı alınarsa, qlobal sağlamlıq proqramlarında yaşana biləcək ağır və əslində qarşısı alınacaq nəticələrin önlənə biləcəyini vurğulayır.

Bill Qeyts Afrikada Prezidentin Qlobal QİÇS-lə Mübarizə Planı (PEPFAR) çərçivəsində dəstəklənən bir klinikanın çöküş ərəfəsində olduğunu göstərən konkret bir nümunəni də paylaşaraq, diqqətləri bu böhrana yönəldib. Həmin klinikada çalışan bir həkimin sözlərinə görə:

"Uşaqlar üçün həyati əhəmiyyət daşıyan HIV dərmanlarımız bir neçə həftə içində tükənəcək. Aylarla yeni göndəriş gözlədik. Və bu vəziyyətdə olan tək biz deyilik".

Qeyts bu nümunə ilə ABŞ tərəfindən dayandırılan yardımların, xüsusilə Afrika ölkələrində QİÇS-lə mübarizədə ciddi geriləmələrə səbəb ola biləcəyini və yaxın gələcəkdə HIV/AIDS pandemiyasının yenidən sürətlə yayıla biləcəyini bildirir.

Yaşanan bu böhran Tramp administrasiyasının xarici yardımları azaltmaq və USAID kimi qurumları bağlamaq qərarlarının nəticəsidir. Donald Tramp, bu fondların ABŞ Demokrat Partiyasının qlobal təsirini artırmaq və istəmədiyi ölkə rəhbərliklərini zəiflətmək üçün istifadə edildiyini iddia edərək, prezidentliyinin ilk illərində bu fondları bağlamağa başlamışdı. Nəticədə, ABŞ tərəfindən hər il milyonlarla dollarla dəstəklənən bir çox xarici media qurumu da maliyyə çatışmazlığı səbəbilə fəaliyyətini dayandırmalı olmuşdu.

Bu səbəbdən Bill Qeyts nə qədər dramatik sağlamlıq hekayələrini gündəmə gətirsə də, Trampın bu qərarlarından geri dönmək ehtimalı olduqca zəif görünür.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->