16 iyul çərşənbə günü Avropa İttifaqına üzv ölkələrin səfirləri Avropa Şurasının yeni prezidenti Antonio Koşta ilə birgə naharda görüşəcək və bundan sonra Rusiyaya qarşı 18-ci sanksiyalar paketi üzərində müzakirələr aparacaqlar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyska pravda” nəşrinə Avropa İttifaqının əsas ölkələrindən birinin diplomatı məlumat
verib.
Diplomat bildirib ki, Koşta Coreper (üzv ölkələrin daimi nümayəndələr komitəsi) ilə birlikdə naharda iştirak edəcək:
"Bu gün prezident Koşta Coreperin nahar görüşünə qatılacaq”, – deyə o qeyd edib.
Məlumata görə, nahar zamanı Avropa İttifaqının qarşıdakı yarımil üçün strateji planları da müzakirə olunacaq.
"Nahar bitdikdən sonra, günün ikinci yarısında Coreper Rusiyaya qarşı 18-ci sanksiyalar paketi üzrə müzakirələri davam etdirəcək. Ümid edirik ki, bu həftə ərzində sanksiyalar paketi təsdiqlənəcək”, – deyə diplomat əlavə edib.
Xatırladaq ki, Rusiyaya qarşı 18-ci sanksiyalar paketi 15 iyulda keçirilən Avropa İttifaqı Xarici İşlər Şurasının iclasında əsas mövzulardan biri olub. Aİ-nin baş diplomatı Kaya Kallas bildirib ki, üzv ölkələr razılığa çox yaxınlaşmış vəziyyətdədir və qərarın "artıq bu gün” qəbul olunacağına ümid etdiyini söyləyib.
Lakin bəzi ölkələr hələ də müqavimət göstərir:
Slovakiya yeni sanksiyaları bloklayır, çünki Avropa Komissiyasından 2028-ci ilə qədər Rusiya qazından tam imtina zamanı özünün iqtisadi zərərə uğramayacağına dair zəmanət tələb edir.
Malta isə məlum olduğu qədərilə Rusiya neftinə tətbiq edilən qiymət tavanının aşağı salınması ilə bağlı öz etirazlarını bildirib.
Alpər
Şərhlər