Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə telefon danışığı aparıb.
APA-nın verdiyi xəbərə görə, nazir Fidan danışıq zamanı İsrailin Suriyanın cənubunu və Dəməşqi hədəf alan hücumları narahatlıq doğurduğunu qeyd edib.
Onun sözlərinə görə, regional təhlükəsizliyi və Suriyada sabitliyin bərqərar olma səyləri təhdid edən müdaxilələrə dərhal son qoyulmalıdır.
Şərhlər