Xəbər lenti

Türkiyə ilə bağlı bu rəqəmin daha böyük olacağını ehtimal edirdim... (ŞƏRH)
Ekonomiks 19:05 24.03.2025

Türkiyə ilə bağlı bu rəqəmin daha böyük olacağını ehtimal edirdim... (ŞƏRH)

"Azərbaycandan Türkiyəyə ən çox pul köçürülməsinin səbəbi ticarət və onlayın alış-verişlə bağlıdır. Amma mən Türkiyə ilə bağlı bu rəqəmin daha böyük olacağını ehtimal edirdim”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Əkrəm Həsənov Mərkəzi Bankın Azərbaycandan ən çox hansı ölkələrə pul köçürülməsi ilə bağlı məlumata aydınlıq gətirərkən deyib.
 
Ekspert hesab edir ki, Türkiyə nəinki birinci yerdə, hətta xeyli hissəsi onda olmalı idi:

"Fiziki şəxslər tərəfindən Azərbaycandan xaricə toplamda 526 milyon 759 min dollar köçürülüb. 526 milyondan 151 milyonu Türkiyənin payına düşür. Hesab edirəm ki, bunun ən azı yarısı Türkiyənin payına düşməli idi. Bizim ən çox alış-veriş etdiyimiz, pul köçürdüyümüz ölkə Türkiyədir və bu başa düşüləndir. Burada sırf insanların cari-ticari ehtiyacları baxımından Azərbaycan vətəndaşları daha çox Türkiyədən alış-veriş edir”.
 

Rusiyaya köçürülən maliyyəyə gəlincə, Əkrəm Həsənov bunu qohumların biri-birinə köçürdüyü pul kimi qiymətləndirib.

Qeyd edək ki, Mərkəzi Bank Azərbaycandan ən çox hansı ölkələrə pul köçürülməsi ilə bağlı statistikanı açıqlayıb. Bank bildirib ki, 2024-cü ildə fiziki şəxslər tərəfindən Azərbaycandan xaricə toplamda 526 milyon 759 min dollar köçürülüb ki, bunun əsas hissəsi 3 ölkənin payına düşüb.

Azərbaycandan bir il ərzində Türkiyəyə 151 milyon 837 min dollar, ABŞ-a yanvar-dekabr aralığında fiziki şəxslər 60 milyon 425 min dollar, Rusiyaya isə 57 milyon 988 min dollar vəsait köçürüb. 

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->