Ağstafa rayonunun Tatlı kəndində canavarlar kənd sakininə məxsus qoyun sürüsünə hücum edib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə E.Məmmədova məxsus fermada baş verib.
Vəhşi heyvanlar fermaya girərək 27 xırdabuynuzlu heyvanı parçalayıb, 10-nu yaralayıb.Hadisə nəticəsində fermerə ciddi maddi ziyan dəyib.
Şərhlər