ABŞ prezidenti Donald Tramp Rusiya diktatoru Putinlə söhbətində ərazi məsələlərini və Rusiya ilə Ukrayna arasında "müəyyən aktivlərin bölüşdürülməsini” müzakirə etməyi planlaşdırır.
Qaynarinfo bu barədə Reuters-ə itinadla xəbər
verir.
"Biz torpaq barədə danışacağıq. Biz elektrik stansiyaları barədə danışacağıq", – Tramp hər iki tərəfin güzəştləri ilə bağlı sualı cavablandırarkən bildirib və Rusiyanın işğalı altında olan Zaporojye AES-i nəzərdə tutub.
"Fikrimcə, bu məsələlərin çoxu artıq Ukrayna və Rusiya tərəfindən müzakirə olunur. Biz artıq bunun üzərində işləyirik, müəyyən aktivlərin bölüşdürülməsi barədə danışırıq", – Reuters Trampın sözlərindən sitat gətirib.
Bundan əvvəl Tramp çərşənbə axşamı Putinlə danışmağı planlaşdırdığını bəyan etmişdi. "Mən Putinlə çərşənbə axşamı danışacağam. Həftəsonu çox iş görülüb", – deyə o bildirib.
Bununla yanaşı, Qərb mediası qeyd edir ki, Putin Ukrayna ilə istənilən sülh razılaşmasında bu ölkənin NATO-ya üzv olmayacağına və neytral statusunu qoruyacağına dair "dəmir” zəmanətlər əldə etməyə çalışacaq. Kreml, həmçinin, NATO sülhməramlılarının Ukraynada yerləşdirilməsinə qəti şəkildə qarşı çıxır.
Martın 16-da Putinin köməkçisi Yuri Uşakov Rusiya və ABŞ-ın Tramp və Putin arasında görüşün hazırlıqlarını apardığını bildirib.
Alpər
Şərhlər