Xəbər lenti

Azərbaycan karateçiləri dünya çempionatının ilk günündə 3 medal qazandılar
İdman 22:10 08.05.2025

Azərbaycan karateçiləri dünya çempionatının ilk günündə 3 medal qazandılar

Azərbaycanın ənənəvi karate milli komandası Polşanın Pulavı şəhərində keçirilən Fudokan üslubu üzrə 10-cu dünya çempionatının ilk günündə 3 medal qazanıb.

Qaynarinfo xəbər verir ki, böyüklər arasında Hacıəli Vəlizadə (80 kq) və 21 yaşadək idmançılar arasında mübarizə aparan Vüsal Seyidov (60 kq) qızıl medala sahib çıxıblar.

Veteranların yarışında isə Siyavuş Bayramov (75 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, Fudokan karate üzrə dünya çempionatı 4 ildən bir keçirilir və bu ilki turnir mayın 11-də yekunlaşacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->