ABŞ prezidenti Donald Tramp açıqlayıb ki, NASA-nın rəhbəri vəzifəsinə Cared Ayzekmanı İlon Maskın xahişi ilə təyin edib, lakin onu siyasi səbəblərə görə işdən çıxarıb.
Qaynarinfo xəbər verir ki, Tramp bu barədə 7 iyulda "Truth Social” platformasında yazıb.
"İlon öz yaxın dostlarından birinin NASA-ya rəhbərlik etməsini istədi. Mən də onun bu dostunu çox yaxşı insan hesab edirdim, lakin onun qatı demokrat olduğunu və heç vaxt respublikaçıları dəstəkləmədiyini öyrənəndə təəccübləndim”, – deyə Tramp qeyd edib.
Tramp əlavə edib ki, İlon Maskın özü də yəqin ki, əvvəllər eyni düşüncədə olub. O, strateji əhəmiyyətli bir sahəyə rəhbərlik edən şəxsi vəzifədən uzaqlaşdırmaqla "Amerika ictimaiyyətini qoruduğunu” bildirib.
"Axios” iyunun 4-də yazmışdı ki, Ayzekmanın vəzifədən azad edilməsi Mask üçün son damla olub və o, Trampın komandasını tərk edib. Ağ Evdə yayılan məlumata görə, bu qərarın arxasında prezidentin kadr məsələlərinə cavabdeh olan Sercio Qor dayanır. Qorun Maskla şəxsi ziddiyyət yaşadığı və bu addımla ona "zərbə vurduğu” iddia olunur.
Bəzi rəsmilər isə haqlı olaraq ehtimal edirlər ki, Ayzekmanın işdən çıxarılması onun Demokratlara donorluq etməsi ilə bağlı olub.
Alpər
Şərhlər