Xəbər lenti

Tovuzda bir ay əvvəl itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
Ölkə 23:38 07.10.2025

Tovuzda bir ay əvvəl itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü

Tovuz sakini Bakıda xəstəxana ölüb.

APA-nın  verdiyi məlumata görə rayon sakini olan 10 yaşlı oğlanı təxminən 1 ay əvvəl it dişləyib.

Bir müddət keçəndən sonra məktəblinin halı pisləşib. Məktəbli əvvəlcə Tovuz Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bakıda yerləşən xəstəxanaların birinə aparılıb.

Ona xəstəxanada göstərilən tibbi yardımlara baxmayaraq məktəbli bu gün müalicə aldığı xəstəxanada ölüb.

Qeyd edək ki, dünyasını dəyişən oğlanın 5-ci sinif şagirdi olduğu bildirilir.

Ölüm hadisəsi ilə bağlı araşdırma aparılır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->