Xəbər lenti

Ekonomiks 20:16 07.10.2025

"Azercell" "Amazon" ilə tərəfdaşlıq qurur

Rəqəmsal transformasiya strategiyasının bir hissəsi olaraq, "Azercell” qlobal "Amazon” Partnyorlar Şəbəkəsinə (Amazon Partner Network) rəsmi şəkildə qoşularaq müvafiq sertifikasiyanı əldə edib.

7 oktyabr tarixində "Azercell” və "AWS” (Amazon Web Services) nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə əməkdaşlığın inkişafı və yeni istiqamətlərin müəyyən edilməsi müzakirə olunub. Görüş zamanı əsas diqqət yerli süni intellekt həllərinin inkişafı, infrastruktur layihələri, o cümlədən "Direct Connect” (xüsusi şəbəkə bağlantısı xidməti) və digər texnoloji istiqamətlərə yönəldilib.

"Amazon” rəqəmsal transformasiya proseslərinin dəstəklənməsinə, rəqəmsal bazarın inkişafına, yeni tərəfdaşların cəlb olunmasına və innovasiyaların təşviqinə hazır olduğunu vurğulayıb. Müzakirələr zamanı xüsusi diqqət kibertəhlükəsizliyin gücləndirilməsi, texnologiya sahəsində ixtisaslı kadrların hazırlanması, İKT sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi və milli süni intellekt strategiyasının həyata keçirilməsi təşəbbüslərinə yönəldilib.
Ətraflı

Görüşlər çərçivəsində kibertəhlükəsizlik, süni intellekt strategiyası və innovativ texnologiyalar mövzularında xüsusi sessiyalar da təşkil olunub.

Bu tərəfdaşlıq ölkənin milli rəqəmsal ekosisteminin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, "Amazon Web Services” dünyanın ən geniş və qlobal miqyasda ən böyük şəbəkəsinə malikdir. Şirkətin infrastrukturu unikal şəkildə qurulub və istər bulud mühitində, istərsə də lokal və ya kənar platformalarda fəaliyyət göstərən tətbiqlər üçün misilsiz miqyaslanma, performans və etibarlılıq təmin edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->