Xəbər lenti

103 min manatlıq qızılı mənimsəyən satıcı həbs edildi
Ölkə 21:31 07.10.2025

103 min manatlıq qızılı mənimsəyən satıcı həbs edildi

Mərkəzi Univermaqda satıcı işlədiyi zaman müştərilərin qızıllarını ələ keçirməkdə ittiham olunan Günay Muradəliyeva həbs edilib.

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi son iclasda belə hökm çıxarıb. Hakim Mahirə Kərimova zərərçəkmişlərə dəymiş ziyanın tam ödənilməməsini nəzərə alaraq xanım müttəhim barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanunauyğun hesab edib. Hökmə əsasən, Günay Muradəliyeva külli miqdarda mənimsəmədə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib. Bu vaxta qədər azadlıqda olan Günay məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib. Qeyd edək ki, 31 yaşlı Günay Muradəliyeva Mərkəzi Univermaqda üç nəfərdən satış üçün götürdüyü qızılları lombarda və banklardan birinə girov qoymaqla külli miqdarda pul götürüb. O, pulları öz şəxsi məqsədləri üçün xərcləməklə cinayət törədib. İstintaqla Günaya etibar edilmiş qızılların ümumi məbləği 103 min manat qiymətləndirilib. Lakin istintaqın əvvəllərində o, ziyanın yarısından çoxunu ödəyib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->