Xəbər lenti

Bu sahə son 5 ildə 5 mindən çox işçisini itirib - ARAŞDIRMA
Ekonomiks 19:31 07.10.2025

Bu sahə son 5 ildə 5 mindən çox işçisini itirib - ARAŞDIRMA

Azərbaycanda təhsil işçilərinin sayı azalır

Valyuta.az xəbər verir ki, son illərdə ölkədə təhsil sahəsində çalışanların sayında azalma müşahidə olunur.

2025-ci ilin 1 avqust tarixinə olan məlumata əsasən, iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə muzdla çalışan təhsil işçilərinin ümumi sayı 319,7 min nəfər təşkil edib. Halbuki, 2024-cü ilin eyni dövründə bu göstərici 322,1 min nəfər olub. Beləliklə, bir il ərzində təhsil işçilərinin sayı 2,4 min nəfər və ya 0,74 faiz azalıb.

2023-cü ilin avqust ayının 1-nə olan statistikaya görə, bu rəqəm 324 min nəfər idi. Yəni 2023–2024-cü illər arasında təhsil sektorunda 1,9 min nəfər və ya 0,59 faiz azalma qeydə alınıb.

2022-ci ilin eyni dövründə isə 327,6 min nəfər təhsil işçisi fəaliyyət göstərib. Nəticədə, 2023-cü ildə əvvəlki illə müqayisədə 3,6 min nəfər və ya 1,10 faiz azalma baş verib.

Əvvəlki illərə baxdıqda, 2021-ci ildə təhsil işçilərinin sayı 325,3 min nəfər, 2020-ci ildə isə 327,8 min nəfər olub. Bu göstəricilərə əsasən, 2021-ci ildə 0,76 faiz azalma, 2022-ci ildə isə 0,71 faiz artım müşahidə edilib.

Son beş ilin statistikası göstərir ki, Azərbaycanda təhsil sahəsində çalışan işçilərin sayı ardıcıl şəkildə azalır və bu meylin 2025-ci ildə də davam etdiyi müşahidə olunur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->