ABŞ-da Harvard Universitetinin tibb tələbəsi metabolik təcrübə çərçivəsində 28 gün ərzində 720 toyuq yumurtası yeyib.
Qaynarinfo "Oddity Central"a
istinadən xəbər verir ki, o, bu məhsulun bədəndəki xolesterol səviyyəsinə necə təsir etdiyini bilmək istəyirmiş.
Harvard Universitetinin tibb tələbəsi Nik Horovitz "pis" xolesterin kimi tanınan LDL (aşağı sıxlıqlı lipoprotein) səviyyələrinə təsirini yoxlamaq üçün 28 gün ərzində 720 toyuq yumurtası yeyərək "yumurta təcrübəsi" aparıb.
Yumurtanın sağlamlığa faydaları ilə bağlı fərqli fikirlərə baxmayaraq, bir çox mütəxəssis hələ də onları ölçülü şəkildə istehlak etməyi məsləhət görür. Metabolik sağlamlıq üzrə doktorluq dərəcəsi alan Horovitz, bir ay ərzində hər saat bir qaynadılmış yumurta yeyərək bədənini sınamağa qərar verib.
Onun eksperimentinin nəticələri son dərəcə gözlənilməz olub: LDL səviyyəsi 20% azalıb və bu, yumurtanın sağlamlığa mənfi təsiri ilə bağlı mövcud fikirlərə şübhə yaradıb.
"Bu təcrübənin məqsədi müxtəlif amillərin müxtəlif insanlarda xolesterol səviyyələrinə necə təsir göstərə biləcəyini nümayiş etdirmək idi", deyə Horovitz bildirib.
Nik vurğulayıb ki, onun təcrübəsi həm də universal pəhriz tövsiyələrinin olmadığını nümayiş etdirir.
Aydın
Şərhlər