Ermənistan polisi ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın Tsitsernakaberddə (Dəlmə bağlarında) yerləşən evinə bomba qoyulması barədə xəbərdarlıq alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Axşam saatlarında polis əməkdaşları, eləcə də Polis Patrul Xidmətinin İrəvan alayının patrul dəstələri eks-prezidentin evini mühasirəyə alıblar.
Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidmətinin videoqraf və istehkamçıları Ter-Petrosyanın evinə gəlib. Ev hələ də polis mühasirəsindədir.
Telman
Şərhlər