Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyəti sədrinin müavini İlqar Məhərrəmov vəzifəsindən azad edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə nazir Məcnun Məmmədov əmr imzalayıb.
İlqar Məhərrəmov
Nazirin digər əmri ilə Cəfərov Rövşən Eldar oğlu "Aqroservis" ASC-nin İdarə Heyətinin sədr müavini təyin olunub.
Rövşən Cəfərov
Qeyd edək ki, Rövşən Cəfərov bundan əvvəl "Azbadam" MMC-nin direktoru vəzifəsində çalışıb.
Əhməd
Şərhlər