Xəbər lenti

Video 10:17 08.08.2025

"Saçını kəsdirirdim, yenə axtarırdı" (VİDEO)

Xəbər verdiyimiz kimi, iyulun 30-da Qax rayon sakini olan 9 yaşlı qız ürəkbulanma, iştahsızlıq və qarın ağrısı şikayətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Aparılan radioloji müayinələrdən sonra ona tirixofagiya diaqnozu (mədəsində saç kütləsi bezoar) qoyulub və Uşaq Cərrahiyyə şöbəsinə yerləşdirilib.

"Qafqazinfo”nun məlumatına görə, 9 yaşlı uşağın mədəsində qastrotomiya əməliyyatı icra olunub.

Aparılan cərrahi əməliyyat uğurla bitib və saç kütləsi xaric edilib. Azyaşlının anasının sözlərinə görə, bu vərdiş onda körpəlikdən var imiş:

"Neçə dəfə saçını kəsdirmişəm. Onda da başqa yerdən tük axtarırdı ki, yesin. Həkimə göstərdik dedilər ki, nevroloji problemdir. Əvvəllər bu vərdişi olsa da, məsələnin ciddiyyətinə varmamışdıq”.

Ətraflı "Xəzər Xəbərin” videomaterialında:

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->