Xəbər lenti

İdman 19:39 19.04.2025

"Sabah" 9 oyundan sonra Premyer Liqada qələbə qazandı

Misli Premyer Liqasının XXXI turunda "Sabah" "Səbail"ə qalib gəlib.

Qaynarinfo xəbər verir ki, "Bank Respublika Arena"da keçirilmiş oyunda "bayquşlar" 3:2 hesablı qələbə qazanıblar.

Meydan sahiblərinin qolları Sofian Çakla (31), Dmitro Litvin (82, avtoqol) və Coy Lens Mikelsin (90+3) aktivinə yazılıb. Qonaqların heyətində isə İnnosent Nşuti (21) və Süleyman Alluş (74) dəqiq zərbə müəllifi olublar.

Turnir cədvəlində "Sabah" 39 xalla beşincidir. "Səbail" isə 20 xalla sonuncu – onuncu pillədə qərarlaşıb.
 
Bu, "Sabah"ın Premyer Liqada 9 oyundan sonra ilk qələbəsi olub.

Xatırladaq ki, turun açılış oyununda "Araz-Naxçıvan" dünən doğma meydanda "Turan Tovuz"la heç-heçəyə (1:1) razılaşıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->