Xəbər lenti

Rusiyada azərbaycanlı iş adamının sahibi olduğu dəniz limanı müsadirə edildi
Dünya 18:32 25.11.2025

Rusiyada azərbaycanlı iş adamının sahibi olduğu dəniz limanı müsadirə edildi

Rusiyanın Krasnodar diyarının Tuapse şəhərində azərbaycanlı iş adamı Şahlar Novruzovun əmlakı müsadirə edilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Kuban Arbitraj Məhkəməsi 900 milyon rubl məbləğində dələduzluğa cəhd ittihamı ilə həbsdə olan Azərbaycan əsilli Şahlar Novruzovun aktivlərini müsadirə edib.

Məhkəmənin qərarına əsasən, Novruzovun sahibi olduğu Tuapse Dəniz Limanının və TMKP Müəssisəsinin səhmlərinin 100%-i, Temryuk Yük Terminalı, "Dar Fruit" MMC-nin əmlakı dövlətin mülkiyyətinə keçib.

İstintaq hesab edir ki, aktivlər 1994-cü ildən başlayaraq qanunsuz əməliyyatlar yolu ilə dövlət mülkiyyətindən çıxarılıb. Məhkəmə həmin obyektlərin dövlət mülkiyyətindən çıxarılması ilə bağlı bütün əməliyyatları ləğv edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->