Xəbər lenti

Kürdəmirdə canavarlar daha bir kəndə hücum etdi, 13 qoyun tələf oldu (FOTO)
Foto 15:02 25.11.2025

Kürdəmirdə canavarlar daha bir kəndə hücum etdi, 13 qoyun tələf oldu (FOTO)

Kürdəmir rayonunda canavarlar daha bir qoyunçuluq təsərrüfatına hücum edərək 13 baş qoyunu parçalayıblar.

"Report"un Yuxarı Şirvan bürosunu məlumatına görə, hadisə rayonun Sığırlı kəndində yerləşən fermer Mübariz Hacıyevə məxsus fermada baş verib.

Yırtıcılar sürü şəklində qoyun sürüsünə hücum çəkərək 13 baş xırdabuynuzlu heyvanı tələf ediblər.

Təsərrüfat sahibinin sözlərinə görə, canavarların hücumu son vaxtlar daha da artıb. O bildirib ki, canavarların hücumu nəticəsində ona ümumilkdə 4 min manata yaxın maddi ziyan dəyib.

Qeyd edək ki analoji hadisə iki gün öncə rayonun Çöl-Qubalı kəndində də qeydə alınmışdı. Həmin hadisə zamanə canavarlar fermerin 16 baş xırdabuynyzlu heyvanını tələf edərək ona ümumilikdə 10 min manata yaxın maddi ziyan vurmuşdu.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->