Xəbər lenti

Marketdə ödəmə terminalından 4951 manat oğurlandı
Ölkə 19:36 25.11.2025

Marketdə ödəmə terminalından 4951 manat oğurlandı

Binə qəsəbəsində "Südçülük” sovxozunun ərazisində fəaliyyət göstərən "İrşad Market” adlı mağazada yerləşən ödəmə terminalından 4951 manat pul oğurlanıb. 

Qaynarinfo xəbər verir ki, hadisəni törədən şəxs mağazanın qapısını sındıraraq içəri daxil olub. Daha sonra isə ödəmə terminalının qapı hissəsini sındırıb və oradakı pulları götürüb. 

Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verildikdən sonra əməli törətməkdə şübhəli blinən şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işinə Suraxanı Rayon Məhkəməsində hakim Namiq Kərimovaun sədrliyi ilə baxılıb. 

Məhkəmə zamanı təqsirləndirilən şəxs Nadir Osmanov (ad və soyad şərtidir) verilmiş ittiham üzrə özünü təqsirli bilib. O. qeyd edib ki, cinayət əməlini törədərkən anlaqsız vəziyyətdə olub. 

Məhkəmənin hökmü ilə o, 2 il 5  ay 24 gün müddətinə azadlıqdan məhrum edilib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->