Bakıda işədüzəltmə adı ilə dələduzluq edən qadın həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1961-ci il təvəllüdlü Sücahət Məmmədova barəsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri üzrə cinayət işi məhkəmədə araşdırılıb.
Məlum olub ki, Məmmədova özünü Sona adı ilə təqdim edərək, zərərçəkmiş şəxslərə yaxınlarını vəzifəyə düzəldəcəyinə söz verib və müxtəlif məbləğdə pul alıb.
Zərərçəkmişlədrən biri də uzun illər Kənd Təsərrüfatı Nazirliyində müxtəlif vəzifələrdə çalışmış Nizami adlı şəxsdir. Nizami qızını və qayını oğlunu işə düzəltmək üçün uzun illər bir yerdə işlədiyi Nazim Quliyevdən məsləhət alıb. Nazim ona Sona adlı tanışının olduğunu deyib. Bu məqsədlə Nizami keçmiş iş yoldaşı ilə birlikdə həmin qadınla görüşüb. Təqsirləndirilən şəxs 2023-cü ildə Nizamiyə qızını Prezident Administrasiyasında 25000 min manata məhsul vəzifəyə, qaynı oğlunu isə həmin qurumda 6000 min manata sürücü düzəldəcəyinə inadıraraq göstərilən məbləğdə pul alıb.
Üzərindən xeyli müddət keçdikdən sonra zərərçəkmiş Sona olaraq tanıdığı Sücahət Məmmədova barəsində polisə şikayət etməli olub. O, da məlum olub ki, Sücahət Məmmədova başqa şəxslərə qarşı da eyni formada dələduzluq edib.
Təqsirləndirilən şəxs məhkəmədə bir sıra epizod üzrə özünü təqsirli bilsə də, Nizaminin işi üzrə günahkar olmadığını, 7 dekabr 2023-cü il tarixdə kirayədə yaşadığı evin balkonundan özünü ataraq intihar edən Nazim Quliyevin təsirli olduğunu bildirib: "Nazim və Nizami 50 il dost olublar. Nizaminin pulunu şəxsən Nazim alıb və mənə həmin puldan bir manat olsun çatmayıb. Nazim hətta mənə də 8.000 manat borclu qalıb. Pulları qaytara bilmədiyi üçün intihar edib".
Məhkəmənin hökmü ilə Sücahət Məmmədova cinayət əməlini törətməkdə təqsirli bilinib və 3 il 5 ay 26 gün azadlıqdan məhrum edilib.
Aydın
Şərhlər