Xəbər lenti

Reuters: USAID-in bütün əməkdaşları sentyabrın 30-na kimi ixtisar olunacaq
Dünya 23:55 28.03.2025

Reuters: USAID-in bütün əməkdaşları sentyabrın 30-na kimi ixtisar olunacaq

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bütün əməkdaşları sentyabrın 30-dək ixtisar olunacaq.

APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi Konqresdəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, USAID-in bütün xaricdəki nümayəndəlikləri 2025-ci maliyyə ilində bağlanacaq.

Dövlət katibi Marko Rubio, iyulun 1-dək USAİD-in bəzi funksiyalarının Dövlət Departamentinə veriləcəyini və administrasiyanın prioritetlərinə uyğun gəlməyən digər funksiyaların dayandırılacağını bildirib.

Qeyd edək ki, bu ilin fevral ayının əvvəlində ABŞ prezidenti Donald Tramp beynəlxalq təşkilatların maliyyələşdirilməsinə əhəmiyyətli məbləğdə vəsait ayıran USAID-in fəaliyyətini dayandırıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->