Ermənistan parlamentinin deputatları Ovik Aqazaryan və Taron Marqaryana qarşı ittihamlar irəli sürülüb.
APA-nın Ermənistan mediasına istinadən xəbərinə görə, bunu Ermənistan Cinayət Məhkəmələrinin mətbuat katibi Liana Rafaelyan deyib.
Qurumdan o da bildirilib ki, hər iki parlamentari barəsində yaşadığı yeri tərk etməmək haqqında iltizam tədbiri seçilib.
Qeyd edək ki, bir neçə gün əvvəl adıçəkilən deputatların toxunulmazlıqları ləğv edilib.
Şərhlər