Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Budapeşt Rusiyanın infrastrukturuna edilən hücumları öz suverenliyinə təhdid kimi qəbul edir, çünki ölkə məhz bu infrastruktur vasitəsilə enerji resursları alır.
Qaynarinfo xəbər verir ki, bu barədə Macarıstan XİN rəhbəri "RİA Novosti"yə verdiyi müsahibədə deyib.
Siyarto şikayətlənib ki, Ukraynanın "Drujba" neft kəmərinə və onun əlaqələndirici infrastrukturuna hücumları "son ayların problemi" olub.
Onun sözlərinə görə, bu hücumlar nəticəsində Macarıstanda bir neçə gün ərzində neft təchizatında fasilələr yaranıb. Bu əsasla o, aqressor dövlətin sənaye obyektlərinə edilən zərbələri Macarıstan obyektlərinə hücum kimi dəyərləndirib.
"Enerji təhlükəsizliyi suverenlik məsələsidir və biz enerji infrastrukturumuza edilən istənilən hücumu suverenliyimizə hücum kimi qəbul edirik. Buna görə də biz bu cür hücumların hamısını rədd edirik", – deyə macar nazir vurğulayıb.
Bununla belə, Siyarto Rusiyanın Ukraynanın enerji infrastrukturuna davamlı hücumlarından bəhs etməyib.
Qeyd edək ki, Macarıstanın enerji istehsalçıları Ukraynaya elektrik enerjisinin əsas tədarükçülərindən biridir. Ukrayna isə Rusiya hücumları nəticəsində enerji istehsal güclərinin dağıdılması səbəbindən Avropa enerji bazarından böyük həcmdə idxal etməyə məcburdur.
Bu ixrac ticarət əsasında həyata keçirilir – Macarıstan istehsalçıları Qərb donorlarının maliyyə yardımı hesabına tam ödəniş alırlar. Xatırladaq ki:
• 11 martda Siyarto Ukrayna PUA-sının hücumu nəticəsində Rusiyadan Macarıstana neft tədarükünün "dayandırılmalı" olduğunu bildirmiş və ukraynalılara "onun ölkəsinin enerji infrastrukturuna hücum etməməyi" tövsiyə etmişdi.
• Həmin gün nazir Rusiyadan Macarıstana neft tədarükünün bərpa edildiyini açıqlamışdı.
Alpər
Şərhlər