Finlandiya prezidenti Aleksandr Stubb bildirib ki, ABŞ prezidenti Donald Trampa Rusiya lideri Vladimir Putinə etibar etməməyi tövsiyə edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yle"
yazıb.
Londonda keçirilən mətbuat konfransında Stubb ABŞ-a səfəri və Tramp ilə görüşü barədə danışıb. Onun sözlərinə görə, ABŞ prezidenti ondan "Vladimir Putinə etibar etmək olarmı?" deyə soruşub.
"Mən cavab verdim ki, olmaz", deyə Finlandiya lideri qeyd edib.
O həmçinin Tramp ilə Ukraynada mümkün atəşkəs tarixini müzakirə etdiyini və bunun üçün 20 apreli təklif etdiyini bildirib. Stubb bu tarixi iki səbəblə seçdiyini izah edib: Birincisi, həmin gün Pasxa bayramına təsadüf edir, ikincisi isə Trampın ABŞ prezidenti postunda üç ayını tamamlamasıdır.
Xatırladaq ki, Finlandiya prezidenti Stubb Tramp ilə yeddi saat davam edən görüşdən sonra ABŞ-ın Rusiya əleyhinə yeni sanksiyalar hazırladığını açıqlayıb. Bu sanksiyalar Kremlin rəhbəri Vladimir Putinin Ukraynada atəşkəsdən imtina etməsi və ya onu pozması halında tətbiq ediləcək. Bundan əlavə, Stubb Trampın Rusiya ilə bağlı səbrinin tükəndiyini də vurğulayıb.
Daha sonra Finlandiya prezidenti Ukrayna prezidenti Volodimir Zelenski ilə danışaraq Tramp ilə görüşün detalları barədə məlumat verib. Ukrayna lideri bildirib ki, o, finlandiyalı həmkarı ilə "bizə kömək edə biləcək mümkün addımları" müzakirə edib və Stubb ABŞ-a səfəri və Tramp ilə görüşü haqqında ona məlumat verib.
Alpər
Şərhlər