Xəbər lenti

Rusiya
Dünya 13:10 31.03.2025

Rusiya "kölgə donanması" NATO ölkələri sularında saxta sənədlərlə hərəkət edib

Rusiya "kölgə donanmasına” məxsus onlarla tanker NATO ölkələrinin sularından, xüsusilə Baltik dənizindən saxta sığorta sertifikatları ilə maneəsiz keçib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Danimarkanın "Danwatch" araşdırma mərkəzi və ictimai televiziya kanalı apardıqları genişmiqyaslı araşdırmanın nəticələrinə əsasən məlumat yayıb.

Məlumata görə, saxta sığorta sertifikatlarından 76 tanker yararlanıb. Sənədlər Norveç şirkəti kimi təqdim olunan, lakin əslində bir rusiyalıya məxsus olan "Ro Marine” adlı qondarma şirkət tərəfindən verilib.

Jurnalistlərin araşdırmasına əsasən, bu şirkətdə cəmi bir nəfər – Bolqarıstan vətəndaşı olan bir direktorlar şurası üzvü qeydiyyatda olub. Şirkətin sahibi Norveçdə illərlə sığorta sahəsində çalışmış 41 yaşlı Andrey Moçalindir. Hazırda o, Sankt-Peterburqda yaşayır.

Araşdırma göstərib ki, sığorta sertifikatları Norveç Maliyyə Nəzarət İdarəsinin (FSA) guya 2016-cı ildə verdiyi saxta lisenziya əsasında təqdim edilib. 

Üstəlik, 2024-cü ildə "Ro Marine” adlı bir şirkət ümumiyyətlə mövcud olmayıb. Norveç polisi bu ilin mart ayında sanksiyaların mümkün pozulması ilə bağlı araşdırmaya başlayıb. Moçalin və "Ro Marine” ilə əməkdaşlıq edən daha iki norveçli biznesmənə qarşı ittiham irəli sürülüb.

UNIAN-ın məlumatına görə, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiya paketi hazırlayır. Avropalı diplomatların sözlərinə görə, bu proses hələ ilkin mərhələdədir. Yeni sanksiyalar paketinin yay aylarının əvvəlində təqdim olunacağı gözlənilir.

Eyni zamanda, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib ki, Aİ Ukraynadakı müharibə bitmədən Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək. Onun sözlərinə görə, yalnız Ukrayna özü üçün davamlı sülhün nə olduğunu müəyyən edə bilər.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->