Xəbər lenti

Rəşad Nəbiyev İsrailin
Ekonomiks 16:51 08.04.2025

Rəşad Nəbiyev İsrailin "ICL Group" və “Elbit Systems” şirkətlərinin rəhbərləri ilə görüşdü

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İsrailin "ICL Group” və "Elbit Systems” şirkətlərinin rəhbər heyəti ilə görüş keçirib.

Görüş zamanı "ICL Group” təmsilçiləri ilə avtomobil və dəmiryolu nəqliyyatı sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Orta Dəhliz çərçivəsində daşımaların həyata keçirilməsində şirkətin mümkün iştirak perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

"Elbit Systems” nümayəndələri ilə görüşdə isə kibertəhlükəsizlik, rəqəmsal dayanıqlılıq və süni intellekt sahələrində strateji əməkdaşlığın dərinləşdirilməsi məsələləri diqqətə çatdırılıb. Həmçinin ölkəmizdə mükəmməllik və təlim mərkəzlərinin yaradılması imkanları nəzərdən keçirilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->