Xəbər lenti

Rəşad Nəbiyev Çinin Sian şəhərinin meri Ye Niupinqlə görüş keçirdi
Ekonomiks 10:08 29.10.2025

Rəşad Nəbiyev Çinin Sian şəhərinin meri Ye Niupinqlə görüş keçirdi

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çin Xalq Respublikasının Sian şəhərinin meri Ye Niupinqlə görüşüb.

Qaynarinfo xəbər verir ki, görüş zamanı iki ölkə, xüsusilə də Sian vilayəti ilə Azərbaycan arasında dəmir yolu və ümumilikdə nəqliyyat sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə edilib.

Həmçinin Sian şəhəri ilə birbaşa hava əlaqələrinin yaradılması imkanları, süni intellekt, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb. Bu məqsədlə müvafiq işçi qrupunun yaradılması barədə qərar verilib. 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->