Xəbər lenti

Daha bir şirkətin külli miqdarda vergi borcu var
Ekonomiks 16:30 15.05.2026

Daha bir şirkətin külli miqdarda vergi borcu var

Azərbaycanın logistika və ərzaq xidmətləri göstərən "Foodcity Alliance" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) külli miqdarda vergi borcu yaranıb. 

Qaynarinfo-nun məlumatına görə, MMC-nin Dövlət Vergi Xidmətinin (DVX) 3 saylı Ərazi Vergilər İdarəsinə 212.921,94 AZN vergi borcu var. 

Qeyd edək ki, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153 ünvanında yerləşən "Foodcity Alliance" MMC-nin direktoru Sadıqov Vüsal Vaqif oğludur. 

Aydın
--> -->