Xəbər lenti

Qorxunc araşdırma: 20 il əvvəlki kosmik partlayışın təsirləri indi üzə çıxır
Dünya 21:50 04.05.2025

Qorxunc araşdırma: 20 il əvvəlki kosmik partlayışın təsirləri indi üzə çıxır

Yeni aparılmış elmi araşdırma 20 il əvvəl baş vermiş bir kosmik partlayışın kainatda ağır elementlərin yaranmasında mühüm rol oynadığını ortaya qoyub. 

Qaynarinfo xəbər verir ki, alimlərə görə, bu hadisə, Marsın kütləsini aşan miqdarda ağır element istehsal etmiş ola bilər.

2004-cü ildə qeydə alınan güclü qamma şüası partlayışı ilə bağlı son tədqiqat nəticələrinə görə, bu kosmik hadisə kainatda qızıl və platin kimi ən ağır elementlərin əsas mənbələrindən biri ola bilər. Təxminən 30 min işıq ili uzaqlıqda yerləşən bir manyetardan (çox güclü maqnit sahəsinə sahib neytron ulduzundan) yayılan bu enerji partlayışı, indiyə qədər Süd Yolu qalaktikasında müşahidə olunan ən parlaq hadisələrdən biri kimi qiymətləndirilir.

Araşdırmaya ABŞ-ın Kolumbiya Universitetindən professor Brayan Metsqer və doktorant Anirud Patel rəhbərlik edib. Tədqiqatçılar bildirir ki, müşahidə edilən partlayış nəticəsində yaranan yüksək enerjili şəraitdə çoxlu sayda ağır elementin - o cümlədən qızıl və platin - formalaşması mümkün olub.

Patel deyib: "Təxminlərimizin mövcud məlumatlarla təsdiqləndiyini görmək və bu kəşfin planetimizi təşkil edən bəzi maddələrin tarixi baxımından hansı nəticələr doğura biləcəyini anlamaq inanılmaz bir hissdir".

Tədqiqat həmçinin göstərir ki, manyetarlar kainatdakı ağır elementlərin formalaşmasında əsas rollardan birini oynaya bilər. Patel bu cür neytron ulduzlarının keçmişdə düşündüyümüzdən daha mühüm təsirə malik olduğunu vurğulayıb.

Bu kəşf kainatın kimyəvi tərkibinin necə formalaşdığına dair mövcud nəzəriyyələri dərinləşdirə və yerüstü elementlərin mənşəyinə dair yeni anlayışlar təqdim edə bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->