Xəbər lenti

Qazaxda gənc qız dəm qazından boğularaq öldü
Ölkə 23:20 29.03.2026

Qazaxda gənc qız dəm qazından boğularaq öldü

Qazax rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosu xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü A.Quliyeva yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək həyatını itirib.

Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
--> -->