Xəbər lenti

Ekonomiks 14:50 06.08.2025

"PremJi Indian Restaurant" cərimə edildi

Səbail rayonu, Y.Məmmədəliyev küçəsi, ev 38B ünvanında yerləşən "PremJi Indian Restaurant"da yoxlama aparılıb. 

Qaynarinfo-nun məlumatına görə, restoran barəsində yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsinə görə inzibati xəta protokolu tərtib edilib. Protokol İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə irəli sürülüb və məhkəmədə baxılıb.

Çıxarılan qərarla "PremJi Indian Restaurant" İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 350 manat məbləğində inzibati qaydada cərimə olunub. 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə, hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimə edilir.

Aydın
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->