Xəbər lenti

Astarada yol təmirinə yarım milyon xərclənəcək
Ekonomiks 15:36 06.08.2025

Astarada yol təmirinə yarım milyon xərclənəcək

Astara Rayon İcra Hakimiyyəti Astara daxili yolların əsaslı təmiri ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti seçilib. Daxili yolların əsaslı təmirinə görə şirkətə 534 160,44 manat xərclənəcək. 

"Elnur-2" Universal İstehsalat Kommersiya Şirkəti Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Elnur-2” şirkəti 11 fevral 1994-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1,6 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57-də yerləşən şirkətin qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğludur. 

Şirkətin qanuni təmsilçisi Zaur Abıyevin adı "MTN işi”də keçir. Zaur Abıyev bu iş üzrə zərərçəkmiş qismində tanınıb. 

Astara Eayon İcra Hakimiyyəti ötən il də yolların əsaslı təmiri ilə bağlı tender elan edib. Həmin tenderin də qalibi "Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti seçilib. Bu tender üzrə bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri 517 483,93 manat olub. 

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevdir. O, 2012-ci ildən rayona rəhbərlik edir. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->