Xəbər lenti

Ölkə 17:22 06.08.2025

"Selcan" və "Sabinetdo" gözəllik salonlarında oğurluq

Bakıda fəaliyyət göstərən "Selcan” və "Sabinetdo” gözəllik salonlarında oğlurluq baş verib. 

Qaynarinfo xəbər verir ki, adıçəkilən salonlara müştəri, yaxud iş üçün gələn şəxs "Selcan”da 785 manatlıq, "Sabinetdo”da 490 manatlıq oğurluq edib. 

Hüquq-mühafizə orqanlarına müraciətdən sonra hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Ona Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham irəli sürülüb. Cinayət işinə Narimanov Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə təqsirlədirilən şəxsə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bundan əvvəl Nizami Rayon Məhkəməsinin hökmü ilə ona təyin edilmiş 2 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki cəza ilə qismən toplanılıb və ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->