Xəbər lenti

Video 10:52 06.08.2025

"Air Tastes" xidməti ilə AZAL sərnişinləri üçün dadlı yenilik təqdim edib

Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişin təcrübəsini daha da zənginləşdirmək, uçuş zamanı xidmət keyfiyyətini və çeşidini artırmaq məqsədilə yeni "Air Tastes” xidmətini təqdim edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.  

Bildirilib ki, bu onlayn xidmət sayəsində ekonom sinif sərnişinləri uçuşdan əvvəl fərdi zövqlərinə uyğun genişləndirilmiş menyudan yemək sifarişi edə biləcəklər.

Yeni menyuda üç fərqli səhər yeməyi, eləcə də üç növ nahar və ya şam yeməyi təklif olunur. Seçimlər arasında ət, toyuq, balıq yeməkləri, tərəvəzlər, qəlyanaltılar və dadlı desertlər yer alır.

Bu xidmətdən yararlanan sərnişinlərə  standart menyu təqdim olunmur – əvəzində onlar uçuş zamanı fərdi zövqə uyğun seçilmiş menyu ilə qarşılanır. Qeyd edək ki, "Air Tastes” ödənişli xidmətdir və sərnişinin uçuşdan əvvəl etdiyi seçim əsasında təqdim olunur.  

"Air Tastes” xidməti yalnız onlayn qaydada – AZAL-ın rəsmi veb-saytı və ya mobil tətbiqi üzərindən, "Rezervasiyanın idarə olunması” bölməsində uçuşdan 24 saat əvvəl sifariş edilə bilər.  

Bu yenilik AZAL-ın rəqəmsallaşma strategiyasının tərkib hissəsi olaraq təqdim edilir və sərnişin məmnuniyyətinin artırılmasına yönəlib.

"Air Tastes” xidməti ilə səyahətiniz daha komfortlu və dadlı təcrübə ilə yadda qalacaq!

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->