Xəbər lenti

Orta aylıq əməkhaqqı artdı - Bəs əhalinin real gəlirləri?
Ekonomiks 15:33 11.03.2026

Orta aylıq əməkhaqqı artdı - Bəs əhalinin real gəlirləri?

2025-ci ildə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 381 manat təşkil edib ki, bu da 2024-cü il ilə müqayisədə 8,6% artım deməkdir.

İqtisadçılar bildirirlər ki, orta aylıq nominal əməkhaqqının 8,6% artması real gəlirlərə də təsir göstərir. Belə ki, 2025-ci ilin ilkin məlumatlarına əsasən, muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilə nisbətən 9,3% artaraq 1 102,9 manat təşkil edib. Bu artım paytaxtda yaşayış xərclərinin artımını tam kompensasiya edə bilməsə də, gəlirlərin inflyasiyadan yüksək olması real gəlirlərin artımına səbəb olur.
 
İqtisadçı Xalid Kərimli Qaynarinfo-nun suallarını cavablandırarkən qeyd edib ki, 2026-cı ildə orta aylıq nominal əməkhaqqının 7%-dən bir qədər çox artacağı gözlənilir.



Onun sözlərinə görə, bu artım yaşayış xərclərinin artımını kompensasiya edir. Keçən il inflyasiya 5,7% olub, orta aylıq əməkhaqq isə 8,6% artıb. Bu isə o deməkdir ki, vətəndaşların gəlirləri inflyasiyadan yüksəkdir və nəticədə real gəlirlər artır:

"Real gəlirlər, nominal gəlirlərdən inflyasiya faizinin çıxılması ilə hesablanır. Əgər vətəndaşın gəliri inflyasiyanın tempini üstələyirsə, bu onun real gəlirlərinin artdığını göstərir".
 
Günay İlqarqızı

--> -->