Salyan Rayon İcra Hakimiyyəti Salyan şəhərində yolların əsaslı təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "VNM İnşaat” MMC seçilib. Yolların əsaslı təmirinə görə şirkətə 1 328 483,05 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "VNM İnşaat” MMC 13 mart 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, ev 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nağıyev Vüqar Məhəmməd oğludur. "VNM İnşaat” MMC haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Vüqar Nağıyevə gəlincə, o, 2024-cü ilə qədər "VNM Servis” MMC-nin və "VNM İnvest” MMC-nin qanuni təmsilçisi olub. Hazırda hər iki şirkətin qanuni təmsilçisi Rzayev Arif Susaməddin oğludur.
"VNM İnşaat” MMC ilə "VNM İnvest” MMC eyni tarixdə yaradılıb. Bunadan başqa, hər iki şirkət eyni hüquqi ünvanda yerləşir. "VNM Servis” MMC ilə "VNM İnvest” MMC də satınla müsabiqələrində fəal iştirak edirlər. Hər iki şirkət cari ildə 3 tenderin qalibi seçilib.
Ehtimal olunur ki, bu şirkətlər eyni şəxs tərəfindən yaradılıb. Bəzi məlumatlara görə, şirkətlərin adındakı "VNM” Vüqar Nağıyevin adı, soyadı və atasının adının baş hərflərindən götürülüb. Lakin bununla belə, şirkətlərin ona məxsus olması şübhəlidir.
Seyid
Şərhlər