"Caspian International Hospital"da yeni təyinat olub.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, Nərgiz Əliyeva hospitalda Kadrlar Şöbəsinin Rəhbəri vəzifəsinə təyin edilib.
O, karyerasına Real Hospital-ın Kadrlar üzrə Meneceri kimi başlayıb. 2018-2021-ci illərdə Leyla Medical Center-də Kadrlar Şöbəsinin Rəhbəri kimi çalışıb. Bu vəzifəsinə qədər isə Referans Medical Group-da eyni vəzifə üzrə fəaliyyət göstərib.
Qeyd edək ki, o, bakalavr təhsilini Qərbi Kaspi Universitetində, magistr təhsilini isə Sankt-Peterburq İqtisadiyyat və Maliyyə Dövlət Universitetində alıb.
Şərhlər