ADY sədri bu məmuru bir ay əvvəlki vəzifəsinə qaytardı - Müəmma (FOTO)
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Təsərrüfat departamentinə yeni direktor təyin edilib.
Qaynarinfo xəbər verir ki, bu vəzifə Fərid Şamo oğlu Hüseynova həvalə olunub.
O, bundan əvvəl ADY-nin Təchizat departamentinin direktoru olub.
ADY-də karyerasına 2022-ci ildə başlamış Fərid Hüseynov Təsərrüfat departamentinin müdiri olub.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov ötən ay Fərid Hüseynov sözügedən vəzifəsindən azad edərək Təchizat departamentinin müdiri vəzifəsinə təyin edib. O, bu gün Təchizat departamentinin müdiri vəzifəsindən olunaraq, yenidən əvvəlki vəzifəsinə qaytarılıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər