Xəbər lenti

Gəncədə öldürülən məktəbli imtahanlardan yüksək nəticə göstəribmiş
Ölkə 20:21 13.05.2025

Gəncədə öldürülən məktəbli imtahanlardan yüksək nəticə göstəribmiş

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov bu gün xəstəxanada aldığı ağır kəllə-beyin travmasından vəfat edib.

Qaynarinfo "TV5 Gəncə Xəbər"ə istinadən xəbər verir ki, qətlə yetirilən oğlan Gəncədəki 34 saylı məktəbin 11-ci sinif şagirdi olub. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstərib.

E. İbrahimov bir ay sonra keçiriləcək "Son zəng” tədbirinə hazırlaşırmış. Məktəbli şəhərin M.Xəlilov küçəsində dava-dalaş zamanı başından xəsarət alıb. Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər görülür.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->