Xəbər lenti

Nadir şahın Ağ Banusu
Ölkə 15:07 28.04.2025

Nadir şahın Ağ Banusu

İngiltərənin Kembric Universitetinin professoru Lourens Lokkartın "Nadir şah” kitabında "Ağ Banu” adı çəkilir. Bəs Ağ Banu kim idi ki, Nadir Şahın qəlbini fəth etmişdi?

Rus çarı V İvanın nəvəsi Anna Leopoldovna 1735-ci ildə Nadir Şah Əfqanıstanın Qəndahar şəhərini ələ keçirəndən sonra ona hədiyyələr göndərir. Rusiyadan gələn hədiyyələr içərisində Nadir şahı özünə valeh edən mexaniki oyuncaq olur. Bu hədiyyəni yanında daima saxlayan Nadir şah iki imperiyanın birləşməsi üçün onlara hədiyyə göndərmək qərarına gəlir. 

1741-ci il oktyabrın 10-da Sankt-Peterburq sakinləri qeyri-adi mənzərə gördülər: şəhər küçələri ilə nəhəng sürülərlə dəvələr və qatırlar gəzirdilər. Rus çarına inanılmaz zəngin hədiyyələr göndərən Nadir şah Əfşarın qiymətli zinət əşyaları, ecazkar şərq parçaları, qızıl qablar, zəngin at qoşquları və almazlarla işlənmiş silahlarla yanaşı, hədiyyə olaraq gətirdiyi on dörd fil Çar sarayını və rusları şoka salmışdı.  Bu bahalı hədiyyələrin göndərilmə səbəblərindən biri Nadir Şahın Rusiya ilə yaxınlaşması məqsədi güdürdü və bunun üçün də nikah diplomatiyasından istifadə planlaşdırılırdı. Nadir şaha xəbər vermişdilər ki, Rus çarı I Pyotr və onun ikinci xanımı I Yekaterinanın qızı Yelizaveta Petrovna gözəl qızdır və Şərqdə ən önəmli olan dərisi AĞ rəngdədir. 

Onu Nadir şaha belə təsvir etmişdilər:

"Açıq qəhvə rəngli saçları, iri mavi gözləri, gözəl və parlaq dişləri var. Nisbətən kök olsa da, sarayda gördüyüm ən kübar və ən yaxşı rəqs edən xanımdır. Almanca, italyanca və fransızca danışır, son dərəcədə xoş xasiyyətlidir".

Nadir Şah səfirlərinə tapşırmışdı ki, bütün güclərini sərf edib, Ağ Banu kimi adlandırdığı Yelizaveta Petrovnanı ona ərə gəlməyə razı salsınlar. Bunun üçün heç bir xərcdən də çəkinməsinlər. 

Bunun üçün də Nadir Şahın hədiyyələri arasında Böyük Moğol sülaləsindən olan Hindistanın qüdrətli hökmdarlarından biri Cahan şaha məxsus yaqut, zümrüd və iri brilyantla bəzədilmiş ovçuluq üçün qızıl üzük üçün var idi. Əgər qız razı olacaqsa, bu üzük nişan hədiyyəsi olmalı idi. 

Mənbələrin bəziləri yazır ki, qız Nadir Şaha ərə getməyə razı imiş. Lakin sarayda çar qızına deyirlər ki, "sən ona ərə getsən, hərəmxanasında gözə görünməyəcəksən. Nadir şahın neçənci arvadı olacaqsan". Buna görə qızı inandırıb, fikirindən daşındıra bilirlər və Şaha yox deyir.

Şah gözlənildiyi kimi çox inciyir, Rusiyanı fəth etməklə hədələyir və 1742-ci ildə iki dövlətin sərhədində silahlı toqquşmalar başlayır. Artıq imperatriçaya çevrilmiş Yelizaveta qisas almağa can atan Şahı sakitləşdirmək üçün sərhədə gücləndirilmiş hərbi korpus göndərməli olur və danışıqlar zamanı Rusiyanı onun qəzəbindən xilas edə bilir. 

Nəticədə 25 aprel 1742 tarixində isə tacqoyma mərasimi baş tutur və Ağ Banu adı almış Yelizaveta taxta çıxır, ömrünün sonuna qədər də ailə qurmur. Varisi isə bacısı oğlu Pyotr Fyodoroviç olur.

Dr.Zaur Aliyev

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->