Xəbər lenti

Myanmada zəlzələ nəticəsində 144 nəfər ölüb, 700 şəxs yaralanıb (YENİLƏNİB)
Dünya 20:01 28.03.2025

Myanmada zəlzələ nəticəsində 144 nəfər ölüb, 700 şəxs yaralanıb (YENİLƏNİB)

Myanmada baş verən güclü nəticəsində 144 nəfər ölüb, 700 şəxs yaralanıb.

Bu barədə "Report” "Kyodo” agentliyinə istinadən xəbər verir.
Vurğulanıb ki, meyitlərin çoxu tikilən 34 mərtəbəli binanın dağıntıları altından çıxarılıb.

Ehtimal edilir ki, bina çökən zaman tikinti ərazisində 300-dən işçi olub.

Qeyd edək ki, Myanmada öncə 7,7, 12 dəqiqə sonra 7,9 maqnitudalı zəlzələ baş verib. Zəlzələ nəticəsində bəzi evlər, həmçinin Saqayn və Mandalay şəhərlərini birləşdirən körpünün bir hissəsi uçub.

12:28

Tailandın paytaxtı Banqkokda güclü zəlzələ nəticəsində tikilməkdə olan 30 mərtəbəli bina uçub.

Qaynarinfo xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Hadisə nəticəsində ən azı 43 işçi dağıntı altında qalıb.

Axtarış-xilasetmə əməliyyatları davam edir.

Banqkokda güclü zəlzələdən sonra fövqəladə vəziyyət elan edilib.

Qeyd edək ki, Myanmada ard-arda 7,7 bal və 6,4 bal gücündə iki zəlzələ baş verib.

Yeraltı təkanlar Banqladeş, Hindistan, Tailand, Laos və Çində hiss olunub.
 
11.58
 
Myanmada 7,7 maqnitudalı zəlzələ baş verib.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Təkanlar Banqladeş, Hindistan, Tailand, Laos və Çində də hiss edilib.

Myanmada yenidən 6,4 maqnitudalı güclü zəlzələ baş verib. 

Çinin Seysmologiya İdarəsinin məlumatına əsasən isə zəlzələ maqnitudası 7,9 qiymətləndirilən ilk zəlzələdən 12 dəqiqə sonra baş verib.

Sosial şəbəkə istifadəçilərinin paylaşdıqları foto və videolara əsasən, bəzi evlər, həmçinin körpü uçub.

Axtarış-xilasetmə işləri başlayıb. Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->