Xəbər lenti

Meymunçiçəyi pandemiyaya çevrilə bilər? (AÇIQLAMA)
Sağlamlıq 11:05 15.08.2024

Meymunçiçəyi pandemiyaya çevrilə bilər? (AÇIQLAMA)

"Meymunçiçəyi virusu təxminən bir həftə - 10 gün müddətində davam edir və sonra yavaş-yavaş sonlanır. Amma bəzi hallarda xəstəlik daha dərinə gedə, orqanizmdə ciddi dəyişikliklər yarada bilər. Bu da ölüm halları ilə nəticələnir".

Bunu Qaynarinfoya açıqlamasında professor Adil Qeybulla deyib. 

Onun sözlərinə görə, xəstəlik başlandığı halda - dəridə səpkilər, qızdırma, halsızlıq halları baş verən kimi dərhal həkimə müraciət etmək lazımdır:

"Müalicəyə başlanılmalı və qarşısı alınmalıdır. Meymunçiçəyi virusu çiçək virusu qrupuna aiddir. Yəni, əslində bunlar bir-birinə aid viruslardır. Klinik əlamətləri bir-birinə oxşardır. Dəridə xüsusi səpkilərin əmələ gəlməsi, halsızlıq, zəiflik, əzələ, belə, baş ağrıları və s. müşahidə olunur. Bu virusun əvəllər xəstəlik törətməməsi, sonralar isə insanlara transfer olunması göstərir ki, istəlinən bir vəziyyəti yarada bilər. Necə ki, koronavirus yaratdı. Baxmayaraq ki, xeyli yoluxma halları var və vəziyyət nəzarət altındadır". 
 


Professor meymunçiçəyinin antivirus preparatları ilə müalicə olunduğunu və bununla bağlı vaksinasiya edildiyini qeyd edib:

"Bu düşünmürəm ki, geniş epidemiyaya səbəb olacaq. Amma hər halda ehtiyyatlı olmaq lazımdır. Mutasiya olunmuş virusun hansı perfomans göstərəcəyi ilə bağlı fikir demək çətindir. Əgər yoluxma davam edirsə, intensiv tədbirlər görülməlidir".
 
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi virusu ilə bağlı fövqəladə vəziyyət elan edib. Məsələ Afrikada ictimai səhiyyə sistemində xəstəliklə bağlı fövqəladə vəziyyətin elan edilməsindən sonra gündəmə gəlib. ÜST son statistikaları nəzərdən keçirmək üçün öz ekspert iclasını çağırıb. BMT-nin səhiyyə agentliyi bu il 14,000-dən çox yoluxma və 524 ölüm hadisəsinin baş verdiyini bildirib ki, bu da keçən ilki rəqəmləri xeyli üstələyib.

İndiyədək ölüm hallarının 96%-dən çoxu Konqoda qeydə alınıb. Təşkilat xəstəliyin insanlar arasında daha asan ötürülə bilən yeni mutasiyasının yayılma təhlükəsi ilə bağlı həyəcan təbili çalır. Məlumat üçün bildirək ki, meymunçiçəyi virusu ilk dəfə 1958-ci ildə meymunlarda çiçək xəstəliyinə bənzər simptomların yayılması zamanı alimlər tərəfindən müəyyən edilib. Son vaxtlara qədər yoluxma hallarının çoxu mərkəzi və qərbi Afrikada yoluxmuş heyvanlarla yaxın təmasda olan insanlarda müşahidə edilib.
 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->