Xəbər lenti

Məşhur aktrisa çəkildiyi filmə baxmaqdan qorxur:
Maqazin 23:42 27.08.2024

Məşhur aktrisa çəkildiyi filmə baxmaqdan qorxur: "Çox açıq-saçıq..."

Aktrisa Nikol Kidman etiraf edib ki, erotik triller "Babygirl"dəki rolu 40 illik karyerasında oynadığı rollardan fərqlidir. 

Qaynarinfo xəbər verir ki, bu barədə aktrisa "Vanity Fair"ə danışıb.

Kidman qeyd edib ki, o, hələ də filmə baxmayıb və Venesiya Film Festivalında qarşıdan gələn premyerada ona baxıb-baxmayacağından əmin deyil.

"Mən çox açıq-saçıq olan bir neçə film çəkmişəm, lakin o qədər də çox deyil. İndi filmi izləmək üçün cəsarətim olduğuna əmin deyiləm", deyə Oskarlı aktrisa bildirib.

Kidman əlavə edib ki, dünyanın hər yerindən tamaşaçılar adətən ev videolarında gizlətdikləri bir şeyi görəcəklər, çünki bu qəribə hiss olacaq. O, filmin çəkilişləri zamanı həm aktrisa, həm qadın, həm də insan kimi özünü zəif hiss etdiyini vurğulayıb.

"Babygirl" filmi ilk dəfə avqustun 30-da Venesiya kinofestivalında nümayiş etdiriləcək

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->