Xəbər lenti

Məhkəmə Əhməd Məmmədli ilə bağlı həbs qərarı verdi
Ölkə 15:20 08.05.2025

Məhkəmə Əhməd Məmmədli ilə bağlı həbs qərarı verdi

Biləcəridə baş verən insidentlə bağlı saxlanılan ictimai fəal Əhməd Məmmədli həbs olunub.

APA xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Məhkəmə Əhməd Məmmədli barəsində 4 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, Əhməd Məmmədlinin Biləcəridə baş verən insidentlə bağlı saxlanıldığı bildirilir.

Məlumata görə, mayın 6-da1988-ci il təvəllüdlü Dünyamalıyev Vüqar Rasim oğluna Biləcəri qəsəbəsi R. İsmayılov küçəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin 2001-ci il təvəllüdlü Məmmədli Əhməd Vüqar oğlu olduğu müəyyən edilib və o, saxlanılıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

İlkin məlumata görə, hadisəyə taksidə yer üstündə mübahisə səbəb olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->