Xəbər lenti

Bu telekanalın adı dəyişdi
Ölkə 17:28 08.05.2025

Bu telekanalın adı dəyişdi

Bu gün Audiovizual Şuranın iclası keçirilib.

Qaynarinfo xəbər verir ki, iclasda gündəlikdə olan iki məsələyə baxılıb. 

"İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin müraciəti əsasında və Dövlət Radiotezliklər İdarəsindən alınmış məlumatlara uyğun olaraq Şuşa rayonu ərazisində yerləşən "Turşsu radio-televiziya yayım stansiyasından "İctimai Radio”nun proqramlarının yayımı üçün 91,3 MHs radiotezliyinin "İctimai Televiziya və Radio Yayımları Şirkəti”nin istifadəsinə ayrılması haqqında müvafiq qərar qəbul olunub.

İclasda daha sonra "Səhiyyə TV” televiziya kanalının adının dəyişdirilməsi ilə bağlı "Səhiyyə TV” MMC-nin Audiovizual Şuraya müraciətinə baxılıb. Müzakirədən sonra kanalın adının "Saf TV”yə dəyişdirilməsi haqqında qərar qəbul edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->