Xalq artistləri Gülyanaq Məmmədova və Mənsum İbrahimov Özbəkistan dövləti tərəfindən mükafatlandırılıb.
Sənətçi Qaynarinfo-ya bildirib ki, mükafat ona Özbəkistanın Mədəniyyət Nazirliyi tərəfindən verilib:
"Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 'Yeni Özbəkistan Ulduzları' mükafatının təqdimetmə mərasiminə Xalq artisti Mənsum İbrahimovla birlikdə qatıldıq. Hər ikimiz Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən iki ölkənin mədəniyyətinin inkişafında göstərdiyimiz xidmətlərə görə "Mədəniyyət və sənət fədakarı” medalı ilə təltif olunduq”.
Gülyanaq Məmmədova bu mükafata görə Özbəkistanın Mədəniyyət Nazirliyinə təşəkkür edib.
Bahar Rüstəmli
Şərhlər