Xəbər lenti

Marsda rekord uzunluqda üzvi molekullar aşkarlandı
Texnologiya 10:52 25.03.2025

Marsda rekord uzunluqda üzvi molekullar aşkarlandı

ABŞ, Meksika və İspaniyadan olan beynəlxalq alimlər qrupu Marsda bu günə qədər məlum olan ən uzun üzvi molekulları aşkarlayıblar. Bu karbon zəncirləri 12-ə qədər ardıcıl karbon atomunu ehtiva edir və bioloji fəaliyyət nəticəsində Yerdə əmələ gələn yağ turşularının xassələrinə bənzəyir.

"Report"un xəbərinə görə, bu barədə araşdırma "Proceedings of the National Academy of Sciences" (PNAS) elmi jurnalında dərc olunub.

Kəşf NASA-nın 2012-ci ildən Geyl kraterini tədqiq edən "NASA Curiosity” roverinin göyərtəsindəki SAM cihazından istifadə ilə olunub. Nümunənin təxminən 3,7 milyard illik yaşı ona xüsusi dəyər verir. Bu, Yerdə həyatın yenicə yaranmağa başladığı dövrə uyğundur. Üzvi maddələrin müstəsna olaraq qorunub saxlanması Marsın geoloji aktivliyin olmaması, soyuq, quru iqlimi ilə izah olunur.

Aşkar edilmiş molekullar Qırmızı planetdə qədim həyatın izlərini axtarmaq üçün yeni perspektivlər açır.

Molekulların bioloji mənşəyi hələ sübut olunmasa da, onların mövcudluğu Marsda həyatın yaranmasına səbəb ola biləcək mürəkkəb üzvi kimyanın m

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->