Xəbər lenti

Marko Rubionu Münhenə aparan təyyarə qəfildən geri qayıtdı (VİDEO)
Dünya 11:49 14.02.2025

Marko Rubionu Münhenə aparan təyyarə qəfildən geri qayıtdı (VİDEO)

ABŞ dövlət katibi Marko Rubionu Almaniyaya aparan təyyarə 13 fevral, cümə axşamı gecə saatlarında "mexaniki nasazlıq" səbəbindən Merilendə geri qayıtmağa məcbur olub.  

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus bildirib.  

Bryusun sözlərinə görə, təyyarə Vaşinqtonun Kolumbiya dairəsi yaxınlığındakı Endryus Birgə Bazasına geri dönüb.  

"Nazir Almaniyaya və Yaxın Şərqə səfərini ayrı bir təyyarə ilə davam etdirməyi planlaşdırır", – deyə o bildirib.  

CBS News-un təyyarədə olan müxbiri xəbər verir ki, uçuşun təxminən 90-cı dəqiqəsində pilot kabinasının ön şüşəsində bir çat əmələ gəlib və bu, pilotları aşağı hündürlükdə geri qayıtmağa məcbur edib.  

Qeyd olunur ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə görüş gözlənilir. Bu barədə 13 fevralda ABŞ prezidenti Donald Tramp bəyan edib.  

Həmçinin ABŞ-ın vitse-prezidenti Cey Di Vens Münhendə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->