Xəbər lenti

İstanbulda Türkiyə-Rusiya görüşü: söhbət nədən gedib?
Dünya 13:45 26.04.2025

İstanbulda Türkiyə-Rusiya görüşü: söhbət nədən gedib?

"Tərəflər arasında bu məsləhətləşmələr daha çox bölgə üzrə müştərək siyasətin aparılmasına yönəlib”.

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev İstanbulda Türkiyə ilə Rusiya diplomatları arasında Yaxın Şərq məsləhətləşmələri üzrə keçirilən görüşü şərh edərkən deyib. 

"Düşünürəm ki, burada daha çox söhbət Rusiyanın maraqlarının maksimal dərəcədə təmin olunmasından gedir. Əsas müzakirə mövzuları Suriyada Rusiyanın hərbi bazasının olması, onun bu ölkədə yenidənqurma işlərində iştirakı və Fələstin məsələsi ola bilər. Güman ki, tərəflər arasında bu məsləhətləşmələr bölgə üzrə daha çox müştərək siyasətin aparılmasına yönəlib”, deyə Mehman Əliyev əlavə edib.
 


Həmsöhbətimiz düşünür ki, bu məsələlərdə tərəflər bir araya gələcək və hər hansı bir problem yaranmayacaq:

"Qarabağ məsələsində Ankara ilə Moskvanın sərgilədiyi eyni mövqe düşünürəm ki, həmin bölgədə də təmin olunur. Yəni Rusiya bölgədə hərbi müstəvidə deyil, amma iqtisadi sahədə mövqeyini möhkəmləndirir. Ola bilsin Suriyadakı hərbi bazaları Rusiya Türkiyə ilə birgə işlətsin. Amma əsas məsələ Rusiyanın regionda iqtisadi mövqelərinin təmin olunmasıdır”.

Qeyd edək ki, Türkiyə KİV-nin yazdığına görə, İstanbulda Türkiyə ilə Rusiya arasında Yaxın Şərq məsləhətləşmələri keçirilir. Amma danışıqlar bağlı qapılar arxasında baş tutub: "Başda Suriya və Fələstin olmaqla, regional böhranları müzakirə etmək üçün yüksək səviyyəli diplomatik nümayəndələr bir araya gəlib”.

TASS agentliyinin xəbərinə görə, aprelin 24-də başlayan danışıqlarda Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar Yılmaz da iştirak ediblər.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->